Modern.az

Tofiq Yaqublu azadlığa bu gün buraxılacaq

Tofiq Yaqublu azadlığa bu gün buraxılacaq

24 Aprel 2015, 10:55


Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vəfatı ilə əlaqədar aprelin 24-də 7 günlük azadlığa buraxılacaq.

Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, Tofiq bəy bu gün günün ikinici yarısında buraxılacaq: “Səhər Penitensiar Xidmətlə əlaqə saxladım. Mənə bildirdilər ki, Tofiq bəy günün ikinci yarısında çıxacaq”.   Vəkil Nərgiz Yaqublunun nəşinin bu gecə saatlarında Bakıya gətirələcəyini bildirib.

Nərgiz Yaqublu aprelin 23-də səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

Nərgiz Yaqublu ötən il ailə qurub, Rusiyada yaşayırdı. Ailə qurmazdan öncə "Yeni Müsavat" qəzetində çalışıb. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi və Tomsk şəhərindəki xəstəxanaların birində müalicə alırdı. Mərhum ana olmağa hazırlaşırdı.

Sevinc Yasinqızı

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir