“Gənc Sahibkarlar Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sahibkar olmaq istəyən gənclərin Startup təlimləri” layihəsini həyata keçirib.
Layihə çərçivəsində “Sahibkar olmaq istəyən gənclər üçün yaddaş kitabçası” çap olunmuş, gənclərin biznes ideyaları ətrafında müzakirələr aparılıb və onların təqdim etdikləri Startup layihələrinə baxılıb, ekspertlər gənclərə layihələrlə bağlı öz məsləhətlərini veriblər.
Bundan əlavə, 100 nəfər tələbə və gənc sahibkara 3 günlük təlimlər keçirilib. Peşəkar təlimçi Niyazi Qasımsoy gənclərə biznes-planın tərtib olunması və biznesin açılması, tanınmış marketinq və peşəkar PR menecer Günay Malikqızı özəl sahibkarlıqda marketinq və PR fəaliyyəti, Mahmud Yusifov isə insan kapitalı və kadr siyasəti mövzularında treninqlər aparıblar. Təlim iştirakçılarının hər birinə sertifikat və “Sahibkar olmaq istəyən gənclər üçün yaddaş kitabçası” təqdim olunub.
Fərəh Sabirqızı