Modern.az

TQDK magistratura imtahanının nəticələrini açıqladı

TQDK magistratura imtahanının nəticələrini açıqladı

28 Aprel 2015, 16:31

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. 

Modern.az xəbər verir ki, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı TQDK-nın internet saytı vasitəsilə, yaxud mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.   

İmtahanda iştirak etmək hüququ olan 10170 bakalavrdan 348 nəfəri imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.  xəbər verir ki, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı TQDK-nın internet saytı vasitəsilə, yaxud mobil telefondan iş nömrəsini 7727nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.   İmtahanda iştirak etmək hüququ olan 10170 bakalavrdan 348 nəfəri imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 7-dən 12-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə 28) aprelin 29-dan mayın 1-dək (saat 10:00-dan 17:00-dək) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya Komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Səhifənin qısa keçidi: //www.tqdk.gov.az/~01t4u

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi