Modern.az

Sona Vəliyeva-Xumar Qədimova işbirliyinin nəticəsi - “Əl-ələ tut gedək”

Sona Vəliyeva-Xumar Qədimova işbirliyinin nəticəsi - “Əl-ələ tut gedək”

Təhsil

29 Aprel 2015, 18:12


Aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində şair, filologiya elmləri namizədi Sona Vəliyevanın sözlərinə müğənni və bəstəkar Xumar Qədimovanın bəstələdiyi “Əl-ələ tut gedək” klipinin təqdimat mərasimi olub.

Modern.az saytı xəbər verir ki, klipin rejissoru Ramil Ağasıyevdir. Xumar Qədimova, Alim Qasımov və Novruz Novruzlunun ifa etdikləri mahnının klipindəki şeiri Nurəddin Mehdixanlı səsləndirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bu mahnının Sona Vəliyeva və Xumar Qədimovanın ilk işbirliyi olmadığını deyib:

“2010-cu ildə hər iki xanımın ilk işbirliyi olan “Şükür ki, ölməmişəm” adlı kompozisiya uğurlu alınıb. Bu layihədə həmçinin dünya şöhrətli xanəndəmiz, xalq artisti Alim Qasımov və xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı da iştirak edib. Mən mahnıya dəfələrlə qulaq asdım, çox güclü və təsirli əsər ərsəyə gətirilib. İnşallah yeni mahnı da istənilən nəticəni verər. Xumar xanımın səsi çox fərqlidir. Onun mahnılarına qulaq asanda tamamilə fərqli bir aləmə qərq olursan”.

Sona Vliyeva Xumar Qədimovaya təşəkkürünü bildirib: “Bu şeirin sözləri

Bu dağın o üzündə
Ceyran otlar düzündə
Mən yarımı tanıram
Qoşa xal var üzündə

xalq mahnımızdan alınan təəssüratdan yaranıb. Bu şeir Xumar Qədimovanın ürəyində gözəl hisslər yaradıb. Ona görə də belə gözəl iş ortaya qoyub. Azərbaycanın dərdi böyükdür, işğal olunan torpaqlar hamımızındır.

Hər bir şair şer yaza bilər. Amma həmin şeir o qədər də oxunmaz. Amma bəstə şəklində ərsəyə gələndə daha oxunaqlı olur. Musiqini sözlərdən qat-qat üstün hesab edirəm. Xumar xanıma təşəkkür edirəm ki, belə gözəl şeirə kompozisiya yaradıb. Xumar xanımla hər zaman işləmək olar”.

Mahnının ifaçısı Xumar Qədimova bu işin onun tək əməyinin zəhməti olmadığını deyib :

“Bu kompozisiya ərsəyə gələnə kimi şükür edirəm ki, nə yaxşı ölməmişəm. Bu bəstəyə, bir sözlə canımı qoydum. Nəticədə də belə gözəl bir kompozisiya ortaya çıxdı. Amma bu tək mənim işim deyil. Bu işdə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Hazırda Sona xanımın daha möhtəşəm bir əsəri üzərində işləyirəm. Amma bəstə hazır olana kimi açıqlama vermək istəmirəm”.

Tədbirin sonunda klip nümayiş olunub.  



Sevinc Yasinqızı
Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?