Modern.az

Türkiyədə 7 nəfər donaraq ölüb

Türkiyədə 7 nəfər donaraq ölüb

13 May 2015, 17:08

Türkiyənin Van bölgəsinin İranla sərhəd olan Xangədik mərhələsində sərhədi keçməyə çalışan Əfqanıstan vətəndaşlığı olan 33 qaçaqdan 7-si donaraq ölüb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, başqa 8 nəfər isə don vurduğundan xəstəxanaya yerləşdirilib. Yerdə qalan əfqanlar isə həmin ərazidə xidmət ed’n əsgərlər tərəfindən xilas edilib. Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra sağ qalanlar bölgə mərkəzinə təhvil verilib. Vanda xəstəxanaya yerləşdirilən 8 nəfərdən hələlik 3-nün vəziyyəti müsbət istiqamətə doğru dəyişib. 

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi