Modern.az

Hüseyn Cavid yaradıcılığı Türkiyə dərgisində

Hüseyn Cavid yaradıcılığı Türkiyə dərgisində

15 May 2015, 15:25


Türkiyənin Mərmərə  Universitetinin dos. dr. Mehdi Gəncəlinin “Türk kültürü incelemeleri” dərgisində (№239. 2014) “ Hüseyn Cavidin İstanbul məktubları və Osmanlı mətbuatında “Cavid “ imzası” adlı irihəcmli maraqlı yazısı dərc olunub.

Modern.az xəbər verir ki, “Giriş”. “Həyatı” , İstanbul məktubları” , “Osmanlı mətbuatında Cavid” yarımsərlövhələrindən ibarət məqalə cavidşünaslıq irsinə mühüm töhfədir: müəllif Azərbaycan və Türkiyə araşdırmaçılarının H. Cavidlə bağlı tədqiqat materiallarına nəzər salıb, onları müasir tələblər baxımından dəyərləndirib, eyni zamanda mötəbər mənbələrə, arxiv sənədlərinə,  daha çox  vaxtı ilə Türkiyədə nəşr olunmuş  dövrü mətbuatda dərc edilmiş yazılara istinad edərək  H. Cavidin həyat və yaradıcılığı barədə yeni və dəyərli mülahizələr irəli sürüb. 

Abid Tahirli

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum