Modern.az

Yanğında ölənlər artdı - Daxili işlər naziri və Baş prokuror əraziyə gəldilər

Yanğında ölənlər artdı - Daxili işlər naziri və  Baş prokuror əraziyə gəldilər

19 May 2015, 12:44


Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 2 nəfər ölüb.
Modern.az-ın xəbərinə görə, bu haqda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Səhiyyə Nazirliyindən isə bildirlib ki, yanğın nəticəsində biri azyaşlı olmaqla 2 nəfər ölüb, 10-dan çox xəsarət alan var. Ölənlərdən biri qorxudan özünü binadan atan şəxsdir

***

Azərbaycanın daxili işlər naziri və baş prokuroru yanğın baş verən əraziyə gəlib. Daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğın ərazisində olayın səsəbələrilə maraqlanıb, məlumatlandırılıblar...

***

Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında yanğın nəticəsində 4 nəfərin öldüyünü, 10-dan çox adamın xəsarət aldığını deyib. O, əlavə edib ki, yanğına səbəb binanın üzlüyünün keyfiyyətsiz olması ilə bağlıdır...

Artıq hadisənin səbəblərinin araşdırılması üçün Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə istintaq qrupu yaradılıb.

***

Yanğın artıq söndürülüb...

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?