Modern.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulun qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulun qeydiyyatı başlayıb

21 May 2015, 12:42

Mayın 20-dən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, komissiyada ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin mayın 20-dən iyunun 2-dək qeydiyyatı aparılır.

Həmin abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra tələb olunan sənədləri qeydiyyat komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Ətraflı məlumat üçün //www.tqdk.gov.az/news/special-exam/1327/ linkinə daxil olun.

Yeganə OQTAYQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?