Modern.az

“Gürcüstandan Suriyaya gedən qadınlar azərbaycanlı deyil, çeçenlərdi”

“Gürcüstandan Suriyaya gedən qadınlar azərbaycanlı deyil, çeçenlərdi”

21 May 2015, 13:06

Gürcüstan mətbuatı Telavi rayonunun Qaraçala kəndindən olan iki azərbaycanlı qadının Suriyaya döyüşməyə getdiyini yazıb.

Gürcüstan Daxili İşlər Nazirliyi bir müddət öncə ölkəni Tbilisi beynəlxalq hava limanı vasitəsilə tərk edərək, Türkiyənin Adana şəhərinə, oradan isə Suriyaya döyüşməyə yollanan qadınların Elmira Süleymanova və Diana Qəribova olduğunu açıqlayıb.

Modern.az saytı məsələ ilə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovla əlaqə saxlayıb.

O bildirib ki, Suriyaya döyüşməyə gedən qadınlar azərbaycanlılar deyil:

“Həmin qadınlar müsəlman olsalar da, azərbaycanlı deyillər. Onlar Pankisi dərəsində yaşayan miliyyətcə çeçenlərdir. Ümumiyyətlə, bizdə azərbaycanlıların Suriyaya getməsi ilə bağlı məlumat yoxdur. Bizim bildiyimizə görə ora azərbaycanlılar keçməyib. Amma Pankisi dərəsindən olan 15-20 nəfərin İŞİD-in sıralarında döyüşməsi ilə bağlı xəbərlər var. Yenə deyirəm, onlar müsəlman olsalar da, Azərbaycanlı deyillər”.

Azər Süleymanov əlavə edib ki, artıq hadisə ilə bağlı işlər gedir:

“Pankisi dərəsinin girişləri və çıxışları nəzarət altındadır. Suriyaya gedən müsəlmanlar əsasən Türkiyə ərazisindən ora keçir.

Gürcüstanın 4 milyon əhalisi var. Onların hara gedib-gəlməsinə biz qarışa bilmərik. Artıq onlar gedəndən sonra məlumatlar yayılır”.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?