“Bizdə Minsk razılaşmalarının bütün müddəları var. Bunlar hamısı yerinə yetirilməlidir”.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu Riqada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən sammitdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
O bildirib ki, Ukraynanın Rusiya ilə sərhədi bağlanmalıdır.
Məlumat üçün bildirək ki, bu ilin fevral ayında “Normand dördlüyü” formatında (Almaniya, Fransa, Rusiya, Ukrayna) Minsk razılaşması qəbul edilib. Sənəddə, Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsini nəzərdə tutan müddəalar var.
Aqşin Kərimov