Modern.az

Olland dünyaya SƏSLƏNDİ: “Hərəkət etmək lazımdır”

Olland dünyaya SƏSLƏNDİ: “Hərəkət etmək lazımdır”

Təhsil

21 May 2015, 23:54

“İslam dövləti” terrorçu təşkilatının Suriyanın tarixi Palmira şəhərini ələ keçirməsi Avropa Birliyi “Şərq tərəfdaşlığı”nın Riqada keçirilən sammitində müzakirəyə çıxarılıb.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, sammitdə Fransa prezidenti Fransua Olland bu barədə danışıb.   “Palmiranın, dünya səviyyəsində mədəni sərvətin “İslam dövləti” terrorçu qruplaşmasııən döyüşçüləri tərəfindən ələ keçirilməsi böyük faciədir”,-deyə Fransua Olland bildirib.  

O bəyan edib ki, “İslam dövləti”nin Suriya hakimiyyəti ilə silahlı mübarizə aparmasındandinc sakinlər əziyyət çəkir. Prezident  sivil insanları və monumentləri təhlükələrdən qorumaq üçün hərəkət etməyin vacibliyini də vurğulayıb.  

Qeyd edək ki, “İslam Dövləti” döyüşçüləri Palmira şəhərini ələ keçirib və  qədim abidələrin yerləşdiyi tarixi mərkəzə daxil olublar.

 

Aqşin Kərimov  


Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?