“Eurovision 2015” mahnı müsabiqəsində təmsilçimiz Elnur Hüseynov yarışmanın ikinci yarımfinal mərhələsində səhnəyə on birinci nömrə altında çıxıb. Həmyerlimizin çıxışı uğurlu alınıb.
Elnur Hüseynov İsveç bəstəkarları Sanrda Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər, hər bir qəlbin mübarizəyə layiq olduğu səhnə performansında təcəssüm olunur. İnsanlar bir-birinə, ətrafındakılara qarşı daha duyarlı olmağa çağırılır. Elnur Hüseynovun ifası rəqqasların fərqli formada rəqsi ilə müşayiət edilir.
Yarımfinalın yekununda Elnur Hüseynov finala keçib.
Azərbaycanla yanaşı, birinci yarımfinaldan Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Montoneqro, Kipr, Latviya və İsrail də finala adlayıb.
“Eurovision”ın final mərhələsi mayın 23-də baş tutacaq.
Xatırladaq ki, birinci yarımfinaldan Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb.
Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.
Modern.az