Ermənistan müsəlmanları (?) assambleyasına ilk dini lider seçildiyi barədə xəbər yayılıb. Modern.az saytı ABŞ-da erməni diasporu tərəfindən dərc olunan “Asbarez” qəzetinə istinadən xəbər verir ki, Ermənistanın müftisi postunu təsis edən assambleya bu vəzifəyə İranın Qum şəhərində dini seminariyada təhsil almış Arsen Safaryan adlı şəxsi təyin edib.
Nəşrin məlumatına görə, guya, Ermənistanda İslamı qəbul edən ermənilər və müsəlman kürdlərin sayı 1000 nəfərə yaxındır. Bildirilir ki, yalnız paytaxt Yerevanda yerləşən Göy məscid fəaliyyət göstərir ki, onun da ziyarətçilərinin əksəriyyəti İran səfirliyinin əməkdaşlarından ibarətdir.
Azsaylı “müsəlmanlara” görə bütün Ermənistana müfti təyin edilməsi ilk baxışda absurd kimi görünsə də, atılan addımın daxili deyil, daha çox xarici siyasətə xidmət etdiyi istisna deyil.
Ola bilsin ki, bu addım Cənubi Qafqazda ən böyük müsəlman qurumu olan Qafqaz Müsəlmanları İdarəsində qıcıq oyatmaq üçün atılıb.
Vüqar İsmayılov