“Azərsu” ASC də mayın 19-da Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında baş vermiş yanğından zərər çəkmiş insanlarla bağlı humanist addım atıb.
Belə ki, “Azərsu” bəyan edib ki, harada yaşamalarından asılı olmayaraq həmin sakinlərin istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları “Azərsu” ASC-nin hesabına ödəniləcək.
Məlumatı Modern.az-a qurumun mətbuat xidməti verib.