Modern.az

Bakı meri yanan binanın sakinlərini qəbul edəcək

Bakı meri yanan binanın sakinlərini qəbul edəcək

Təhsil

22 May 2015, 13:38


Bu gün Binəqədi rayonunda yanğın baş verən 16 mərtəbəli binada qeydiyyatda olan 56 ailəyə kompensasiya veriləcək. Bunu Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan vəsait sakinlərin bank hesablarına köçürüləcək:

“Bu gün saat 14:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binasında sakinləri qəbul edəcəyəm. Sakinlərə veriləcək kompensasiyalar bankda ailə üzvlərinin birinin adına köçürüləcək. Bunun üçün ailənin yaşı 18-dən yuxarı olan və ya digər üzvləri müvafiq arayış verməlidirlər. Hazırda xəstəxanalarda 10 nəfər qalıb. Onların ailə üzvləri gəlib pulları ala biləcəklər.

Bundan əlavə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin həyətində “ASAN xidmət” səyyar xidməti fəaliyyət göstərir. Xidmətə müraciət edən hər bir sakinə belə müvafiq arayışlar hazırlanaraq verilir.

Bunun üçün heç yerə getmək lazım deyil. Bu gündən sakinlərə veriləcək pul vəsaitləri bank hesabına göçürüləcək. Sakinlərdə müvafiq arayışla ailədən biri və ya başqa bir nəfər bu gün arayışla bankdan həmin vəsaitləri ala biləcəklər. Bank xərclərini isə Bakı Şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb”.

Yanan binanın təmir olunması məsələsinə toxunan Bakı meri bildirib ki, təmir işlərinin tez bir zamanda bitməsi planlaşdırılır. Hacıbala Abutalıbov əlavə edib ki, hazırda hadisə ilə bağlı istintaq da gedir: “İstintaqın gedişinə müdaxilə etmək olmaz. İstintaq bitdikdən sonra prezident İlham Əliyevə və xalqımıza məlumat veriləcək”.

Sevinc Yasinqızı  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?