Modern.az

Dünya çempionu Rafael Ağayev azarkeşləri “Cristal Hall”a çağırdı

Dünya çempionu Rafael Ağayev azarkeşləri “Cristal Hall”a çağırdı

12 İyun 2015, 08:52


Karate üzrə 12 qat dünya çempionu Rafael Ağayev azarkeşlərini iyunun 13-də “Cristal Hall”a çağırıb.

O, Modern.az saytına açıqlamasında qeyd edib ki, Birinci Avropa Oyunlarında ilk yarışa çıxan karateçilər olacaq.

Dünya çempionu karete üzrə yarışların  “Cristal Hall”da keçiriləcəyini bəyan edərək bütün karatesevərləri həmin yarışı seyr etməyə çağırıb.

Hər zaman azarkeşlərdən güc aldıqlarını deyən çempion onların qələbəsində azarkeşlərin böyük rolu olduğunu diqqətə çatdırıb: “”Birinci Avropa Oyunlarında ev sahibi Azərbaycandır. Bizi bu mötəbər oyunlarda qələbələr qazanmalıyıq. Bu qələbənin əldə edilməsində azarkeşlərin də böyük rolu var. Onlar bizə qələbə əzmi, ruh verirlər”. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj