Modern.az

Yanğında xəsarət alan 2 nəfər evə buraxılıb, xəstəxanada 10 nəfər qalıb

Yanğında xəsarət alan 2 nəfər evə buraxılıb, xəstəxanada 10 nəfər qalıb

23 May 2015, 13:01


“Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində yanğında xəsarət alan 10 nəfərin müalicəsi davam etdirilir”. Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

O qeyd edib ki, müalicə alanlardan  3-ü uşaq, 6-sı qadın, 1-i kişidir: “Bu gün xəstələrdən 55 yaşlı Elvira Manafova, dünən isə onun qızı Səbinə Manafova evə buraxılıb. Hazırda bütün xəstələrin vəziyyəti stabildir. Onlarla psixoloqlar işləyirlər və həkimlərin daimi nəzarətindədirlər”.

Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında hündürmərətəbəli yaşayış binasında baş verən yanğında çox sayda insan xəsarət alıb. Rəsmi məlumatlara görə, hadisə zamanı 16 nəfər dünyasını dəyişib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?