Modern.az

“Qalatasaray” dörd ulduzlu çempion oldu

“Qalatasaray” dörd ulduzlu çempion oldu

26 May 2015, 10:01


Dünən gecə futbol üzrə Türkiyə Super Liqasında “Fənərbağça”nın “İstanbul Başakşəhər” klubu ilə heç-heçə (2:2) oynaması onun əzəli rəqibi “Qalatasaray”ın çempionluğunu rəsmiləşdirib.

Modern.az xəbər verir ki, 2014-2015-ci il futbol mövsümünün qalibi olan “Qalatasaray” sayca 20-ci çempionluğunu əldə edib. Sona bir tur qalmış çempion adına yiyələnən “Qalatasaray” həm də tarixinin dördüncü ulduzuna qovuşub.

Qeyd edək ki, dünənki oyunda “Fənərbağça”nın dörd futbolçusu qırmızı vərəqə alıb.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular