Modern.az

Qərbi azərbaycanlıların ermənilərə qarşı mübarizəsi müzakirə olunub - FOTO

Qərbi azərbaycanlıların ermənilərə qarşı mübarizəsi müzakirə olunub - FOTO

26 May 2015, 10:20


Dünən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin iştirakı ilə partiyanın Qərbi Azərbaycan Departamentinin toplantısı keçirilib. Modern.az xəbər verir ki, toplantıda Departamentin perspektivləri müzakirə olunduqdan sonra, Fərəc Quliyevin tövsiyələri əsasında görüləcək işlərin proqramı tərtib edilib. Keçiriləcək tədbirlər və Departamentin qarşıya qoyduğu Vətən uğrunda mübarizə proqramının detalları müzakirə olundu və əhəmiyyətli qərarlar alındı.

MDHP Qərbi Azərbaycan Departamenti Qərbi azərbaycanlıların mədəni kordinasiya mərkəzi kimi fəaliyyətə qərar verərək, Qərbi Azərbaycanla bağlı tədbirlər planı tərtib etdi və Qərbi azərbaycanlıların Ermənistan Respublikasına qarşı beynəlxalq müstəvidə vətəndaş cəmiyyəti səviyyəsində mübarizəsinin istiqamətləri müzakirə olunaraq, ilkin cəhd qərarları alınıb.
Tədbirin sonunda qarşıdan gələn Parlament seçkiləri müzakirə edilib. Qərbi Azərbaycan Departamentinin seçkilərə hazırlığı və bununla bağlı seçkiqabağı fəaliyyəti müzakirə olunub.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular