Modern.az

Bakıda qardaş-qardaşı güllələdi

Bakıda qardaş-qardaşı güllələdi

26 May 2015, 11:01

Bakıda silahlı insident olub. Modern.az-a APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ləhiş bağlarında qeydə alınıb. Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib.
Nəticədə qol və qarın nahiyəsində güllə yarası alan T. Soltanov xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən İ. Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb.


 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular