“Eurovision-2015” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Masn Zelmerlöv ciddi tənqidlə üzləşib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin nümayəndəsi Mans Zelmerlövun İnstagram səhifəsində paylaşdığı şəkil qalmaqal yaradıb.
Mans Zelmerlöv paylaşdığı şəkildə çarpayıda uzanıb, Albaniyanın dövlət bayrağı isə ifaçının ayağı altındadır.
Albaniyada nəşr olunan "Panorama" qəzeti də müğənnini bu fotoya görə kəskin tənqid edib. Bundan əlavə, İsveçdə yaşayan albanlar da ifaçının bu hərəkətinə görə onu tənqid ediblər.
İsveçdə nəşr olunan "Ekspressen" qəzeti yazıb ki, İsveç Albanları Federasiyasının sədri Əli Şişani müğənninin hərəkətini belə dəyərləndirib: "Bu hörmətsizlikdir. Onu etdiyi hərəkətə görə üzr istəməyə çağırıram".
Baş verənlərdən sonra ifaçı həmin fotonu səhifəsindən silib.
Sevinc Yasinqızı