Modern.az

TQDK-nın regional bölməsində səyyar sənəd qəbulu başa çatıb

TQDK-nın regional bölməsində səyyar sənəd qəbulu başa çatıb

26 May 2015, 11:28


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi regional bölməsində təşkil olunan səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) işini başa çatdırıb.

TQDK-dan Modern.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə, eləcə də, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün komissiyanın Ağcabədi regional bölməsində təşkil edilən səyyar SQK işini yekunlaşdırıb.

Məlumatda qeyd edilir ki, mayın 5-dən 18-dək qrafik üzrə Ağcabədi regional bölməsinin əməkdaşları Bərdə, Ağdam, Füzuli, Tərtər, Beyləqan və Zərdab rayonundan olan 185 nəfər abituriyentə yaşadıqları rayonda xidmət göstərib. Bunlardan 94 nəfəri ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə, 66 nəfəri isə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrini təsdiqlətdirmək üçün, 25 nəfər abituriyent isə sənəd qəbulu və qəbul kompaniyasının digər mərhələləri ilə bağlı müraciət edib.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular