Modern.az

Qasırğa bir şəhəri yerlə yeksan etdi - FOTOLAR

Qasırğa bir şəhəri yerlə yeksan etdi - FOTOLAR

26 May 2015, 14:18

 

Meksikanın şimalında və ABŞ-ın Texas və Oklahoma ştatlarında qasırğa və leysan yağışları baş verib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa nəticəsində Ciudad Acuna şəhəri yerlə yeksən olub, 13 nəfər ölüb.

Coahuila əyalətinin daxili işlər naziri Viktor Zamora saatda 270-300 kilometr sürətə çatan qasırğanın daha çox Ciudad Acuna şəhərində hiss olunduğunu deyib.

Viktor Zamora 3-ü uşaq olmaqla 13 adamın öldüyünü, 5 adamın da itkin düşdüyünü bildirib. Ölənlər arasında körpə uşaq da var.

Dövlət başçısı Enrique Pena Nieto da qasırğa baş verən əraziyə gəlib.

O, hökumətin Ciudad Acunadaki ziyanın aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edəcəyini söyləyib. ABŞ-ın Texas ştatında yağan leysandan sonra Blanco çayının daşması nəticəsində 12 adam sel sularında yoxa çıxıb. Əyalətin cənubunda leysan yağışların yağması və qasırğa səbəbi ilə 2 min adam çox evakuasiya edilib.

Hyustonda qasırğa səbəbi ilə çox sayda ev uçub, ağaclar aşıb. Dallas şəhərində isə Trinity çayının daşması nəticəsində çox sayda ev və iş yeri sel suları altında qalıb. 

Sevinc Yasinqızı

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular