Modern.az

Milli Şura şənbə günü mitinq keçirməyə razılaşdı

Milli Şura şənbə günü mitinq keçirməyə razılaşdı

26 May 2015, 14:15


Milli Şura mayın 30-da mitinq keçirəcək. Bunu Modern.az saytına AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, Milli Şuranın Koordinasiya Mərkəzinin bugünkü iclasında mitinqin 30-da keçirilməsi qərara alınıb: “Artıq mitinqin keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb”.

Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla mayın 30-da saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) Milli Şuranın mitinq keçirməsinə razılıq verib.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular