Modern.az

Bakı şəhər Baş Polis İdarəsi: Müğənni Röya cəzalandırıla bilər

Bakı şəhər Baş Polis İdarəsi: Müğənni Röya cəzalandırıla bilər

26 May 2015, 14:31

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov tanınmış müğənni Röya Ayxanın cəzalandırıla biləcəyini bildirib. Modern.az xəbər verir ki, Səhlab Bağırov Aznews-a açıqlamasında müğənni Röyanın onu internetdə təhqir edən şəxsi “razobrkaya” çağırması, baş verənləri videoya çəkib internetdə yerləşdirməsi ilə bağlı məlumatlar polisin diqqətini çəkib.

“İndicə həmin məsələ ilə bağlı mediada yayılan materialları oxuyuram. Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq”.

S.Bağırovun sözlərinə görə, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər.

“Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”, - deyə, o, bildirib.

Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib:

“Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.

Tanınmış vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb.

Xatırladaq ki, Röya Ayxan “İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polis tanışıarının köməyilə Elnuru tapıb və cinayətkar aləmin nümayəndələri kimi onu sorğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular