Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 27-28 may tarixlərində Əl-Küveyt şəhərində keçiriləcək 42-ci sessiyasında iştirak etmək üçün Küveytə yola düşüb.
Bu barədə Modern.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Xarici işlər naziri Elmar Məmmədyarovun sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Modern.az