Modern.az

İrandan TƏHDİD: “Səudiyyə Ərəbistanı yox olacaq ”

İrandan TƏHDİD: “Səudiyyə Ərəbistanı yox olacaq ”

27 May 2015, 09:40


İranın Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi rəsmi yığıncaqların birində Səudiyyə Ərəbistanının Yəmənə hücum etməsini pisləyib və bunun onlar üçün pis nəticələnəcəyini qeyd edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  İran generalı öz nitqini “bu zülm Səudiyyə Ərəbistanın yox olmasına səbəb olacaq” cümləsi ilə bitirib.    

İran rəsmisi bu addımı ABŞ-ın diqtəsi ilə həyata keçirildiyini də xüsusi şəkildə qabardıb.  

Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı Yəmən ərazisində xeyli insanın ölümü ilə nəticələnən xüsusi əməliyyat keçirib.  

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular