Modern.az

Avropada Şuşa ilə bağlı silsilə tədbirlər keçiriləcək

Avropada Şuşa ilə bağlı silsilə tədbirlər keçiriləcək

27 May 2015, 13:44



İyunun 9-da “Şuşaya Azadlıq" kampaniyasının rəsmi loqosunun təqdimatı olacaq.

Bunu Modern.az saytına kampaniyanın beynəlxalq koordinatoru Asif Əsgərli deyib. O bildirib ki, kampaniya çərcivəsində çox böyük beynəlxalq tədbirlər keçiriləcək: “Təqdimat 19 ölkədən gələcək 30 xarici qeyri-hökumət təşkilatı rəhbərlərinin iştirakı ilə keçiriləcək. Tədbirdə kampaniyanın rəsmi loqosu üçün elan edilən beynəlxalq müsabiqənin qalibinin adı açıqlanacaq. Müsabiqənin qalibi Gürcüstan QHT-sinin  rəhbəridir”.

Asif Əsgərli əlavə edib ki, yaxın aylardan başlayaraq Avropa ölkələrində Şuşa ilə bağlı silsilə tədbirlərə start veriləcək.

Sevinc Yasinqızı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular