Modern.az

Moldova Azərbaycandan səfirini geri çağırmasına aydınlıq gətirdi

Moldova Azərbaycandan səfirini geri çağırmasına aydınlıq gətirdi

27 May 2015, 14:44

Moldovanın Xarici İşlər Nazirliyi (XİN) 10 ölkədən, o cümlədən Azərbaycandakı səfir İqor Bodiunun geri çağırılması barədə məlumata aydınlıq gətirib.

Modern.az xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.  

Bildirilib ki, Moldovanın diplomatik xidmət haqqında qanuna müvafiq olaraq diplomatlar mandatlarının etibarlılıq müddəti başa çatdığına görə geri çağırılıb.    

Məlumat üçün bildirək ki, Moldova hökumətinin iclasında xarici işlər naziri Natali Germanın təklifi əsasında 10 səfir geri çağırılıb.   Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu bu vəzifəyə 2010-cu ilin avqustunda təyin edilib.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular