Modern.az

Parlament prezidenti istefaya göndərib

Parlament prezidenti istefaya göndərib

27 May 2015, 15:40


Madaqaskar parlamenti ölkə başçısı Eri Radzaunarimampianinanı istefaya göndərib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onun impiçmenti üçün ölkə parlamentindəki 151 deputatdan 121-i səs verib.

Erinin istefaya göndərilməsinə səbəb olaraq onun seçkiqabağı vədlərini yerinə yetirməməsi və ölkə əhalisinin yarısından çoxunun xristian etiqadına sitayiş etmədiyi halda kilsə ilə münasibətləri möhkəmləndirməsi göstərilir.

O, 2014-cü il yanvarın 25-dən Madaqaskar prezidenti səlahiyyətlərini icra edirdi.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular