Modern.az

Zərdüşt Əlizadə: “Parlament seçkilərində solçu qüvvələr qələbə qazana bilməyəcək”

Zərdüşt  Əlizadə: “Parlament seçkilərində solçu qüvvələr qələbə qazana bilməyəcək”

27 May 2015, 15:56

"2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyəcəm. Çünki Azərbaycanda seçkilər şəffaf keçirilmir”.

Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, layiqli namizəd olacağı təqdirdə yalnız seçki günü həmin şəxsə səs verəcək:

“Görsəm ki, dairəmdə layiqli namizəd var, ona səs verəcəyəm. Olmasa, heç ona da getməyəcəm”.

Politoloq onu da qeyd edib ki, növbəti parlament seçkilərində solçu qüvvələr heç bir qələbə qazana bilməyəcək.



Yeganə Oqtayqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular