Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 28 may – Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Alı Alıyev qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. Bildirub ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub. Alı Alıyev qeyd edib ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 97 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir.