Modern.az

YAP-ın Nəsimi təşkilatı valideyn himayəsindən məhrum uşaqları sevindirəcək

YAP-ın Nəsimi təşkilatı valideyn himayəsindən məhrum uşaqları sevindirəcək

27 May 2015, 16:07


Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyi 28 May Respublika günü və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə rayon  ərazisində yaşayan valideyn himayəsindən məhrum uşaqlarla la bağlı “Şəhərimizi  tanıyaq və sevək” devizi altında maraqlı və silsilə  tədbirlər  keçirəcək.

Bu barədəd Modern.az saytına Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı məlumat verib.

Onun sözlərinə görə, bu maraqlı və əyləncəli proqramdan  öncə uşaqların hərtərəfli tibbi-profilaktik müayinəsi keçiriləcək. Sonra isə uşaqlar şəhərimizin ən gözəl yerlərində yaradılmış  uşaq əyləncə mərkəzlərində istirahət edəcək, tarix-diyarşunaslıq müzeyləri ilə tanış olacaqlar. Proqramın sonunda YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tərəfindən həmin uşaqlara bayram sürprizləri təqdim olunacaq  və  onlar partiya fəalları ilə  birgə nahar edəcəklər.  

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular