Modern.az

Azərbaycanda seçicilərin sayı AÇIQLANDI

Azərbaycanda seçicilərin sayı AÇIQLANDI

27 May 2015, 16:39


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi ilə bağlı məlumat verilib.  

MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçici var.  Onun sözlərinə görə Seçicilərin 51, 7 faizi qadın, 48,3 faizi isə kişidir.  

Məzahir Pənahov əlavə edib ki, ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı ictimaiyyətə təqdim olunacaq.    

Məlumat üçün bildirək ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb.

Modern.az

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular