Modern.az

Azərbaycanın ən yaşlı seçicisi kimdir? - AÇIQLAMA

Azərbaycanın ən yaşlı seçicisi kimdir? - AÇIQLAMA

27 May 2015, 17:23


“Yaş qrupları üzrə ən çox seçici 27-35 və 46-55 yaş qruplarındadır”. Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.  

O bildirib ki, müvafiq olaraq bu seçici qruplarında 1 milyon 59 min 738 nəfər və 1 milyon 39 min 868 nəfər seçici var.     MSK sədri ən yaşlı seçicinin adını da açıqlayıb:  

"Ölkədə yaşı 100 yaş və yuxarı olan 701 nəfər (0,01%) seçici var. Ən yaşlı seçici Zərdab rayon sakini 1888-ci ildə anadan olmuş 127 yaşlı Bayramova Süfü Mikayıl qızıdır".

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular