Modern.az

“Azadlıq-2015” seçki bloku prezidentə təkliflər verdi

“Azadlıq-2015” seçki bloku prezidentə təkliflər verdi

27 May 2015, 17:34


Mayın 27-də “Azadlıq – 2015” seçki blokunun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, Azadlıq, BAP,  VİP, ALDP,  Aydınlar Partiyası, AXP sədrləri iştirak edib.

Modern.az xəbər verir ki, toplantıda son hadisələrlə bağlı ölkədə yaranmış  ictimai- siyasi vəziyyət müzakirə edilib və qərarlar qəbul edilib. Qərara alınıb ki, prezident İlham Əliyevə təklif edilsin ki, aşkara çıxmış korrupsiya faktlarınnın obyektiv araşdırılmasına imkan yaratmaq və vahiməyə düşmüş məmur təbəqəsinin dövlət üçün təhdid yarada biləcək təxribatlarının neytrallaşdırılması üçün A.Rasizadə başda olmaqla Nazirlər Kabinetini  və Mərkəzi Bankın sədrini istefaya göndərsin və Nazirlər Kabinetini yenidən formalaşdırsın.

“Azadlıq – 2015” kabinetin təşkilinin prezidentn müstəsna səlahiyyəti olduğunu qəbul edərək, yeni kabinetin tərkibinə hadisələrdə məsuliyyəti olan şəxslərin, oliqarx- məmurların  yeni kabinetə daxil edilməsinin məqsədəuyğun olmadığı  rəyini ifadə edir.

Bundan əlavə, Milli Məclisə seçkilərin iki ay tezləşdirilməsi məsələsinə baxılması  Milli Məclisin tətilinin ləğv edilməsi təklif edilir.  “Azadlıq- 2015” vətəndaşlara müraciət edərək, ölkənin taleyi üçün çox məsuliyyətli bir məqamda səfərbər olmağa, o cümlədən I yay Avropa Oyunlarının tam təhlükəsiz və uğurlu başa çatması üçün hər kəsi əlindən gələni əsirgəməməyə çağırıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular