Modern.az xəbər verir ki, “Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının bu gün keçirilən ilk iclasında bu qərarlar qəbul olunub:
AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən Müşahidə Şurasına Müzəffər Qasımov ( futbol veteranı),
Xanlar Fətiyev (Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı), Elmir Vəliyev (“Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri), Mikayıl Quliyev (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist), Sərxan Babayev (“DET-AL Alüminium” MMC-nin baş direktoru), Namiq Məmmədov (Gəncə “Şərab-2” ASC-nin Müşahidə Şurasının sədri), Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi) seçiliblər.
“Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib. Qeyd edək ki, E.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğludur.
Klubun prezidenti Mehman Allahverdiyev icraçı direktor təsdiq edilib.
“Kəpəz”in baş məşqçisi isə Şahin Diniyev təyin edilib.
Elmin NURİ