Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Polşaya planlaşdırılan səfərini təxirə salıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, Polşa prezidenti Bronislav Komorovski ilə görüşməli və Ukraynanın “Dnepr” və İspaniyanın “Sevilya” komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununa baxmalı idi.
Polşa prezidentinin mətbuat katibi İonna Tşaska-Veçorekin bildirdiyinə görə, Poroşenko bu günə nəzərdə tutulan səfərini təxirə salıb. O, bu qərarın hansı səbəbdən qəbul edildiyini açıqlamayıb. Bundan əvvəl isə məlumat verilmişdi ki, Poroşenko Varşavaya səfəri zamanı yeni seçilən prezident Andjey Duda ilə də görüşəcək. Ancaq sonradan məlum oldu ki, Dudanın qrafikinin sıx olması, o cümlədən Brüsselə səfəri səbəbindən Poroşenko ilə görüş baş tutmayacaq.
Modern.az