Modern.az

ABŞ-da eynicinslilərin evliliyinin əleyhinə çıxan prezidentlik iddiasındadır

ABŞ-da eynicinslilərin evliliyinin əleyhinə çıxan prezidentlik iddiasındadır

27 May 2015, 23:51


ABŞ-ın Respublikaçılar Partiyasının Pensivaniya ştatından olan üzvü Rik Santorum 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda 57 yaşlı siyasətçi mayın 27-də məlumat verib.

Santorum 1995-2005-ci illərdə Senatda təmsil olunub. O, ötən dəfəki prezident seçkilərində iştirak etsə də, respublikaçı rəqibi, nəticədə Barak Obamaya uduzan Mitta Romninin xeyrinə mübarizədən geri çəkilib.

Respublikaçıların əksəriyyəti kimi keçmiş senator da ənənələrə dəyər verir və eynicinsli nikahların əleyhinədir.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin payızında keçiriləcək. Konstitusiyaya görə, indiki dövlət başçısı Barak Obama üçüncü müddətə seçilə bilməz. Ekspertlərin fikrincə, Respublikaçılar Partiyasının daha güclü namizədi Floridanın keçmiş qubernatoru, eks-prezident Corc Buşun qardaşı Ceb Buş hesab olunur. O, prezidentlik uğrunda yarışda iştiraççı olacağını açıqlayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular