Modern.az

Bu il 11-ci sinfi 90557 məzun bitirdi

Bu il 11-ci sinfi 90557 məzun bitirdi

29 May 2015, 01:07


2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.

Modern.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular