İki ölkə arasında media sahəsindəki əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ATV və ANS televiziyaları, APA və “Trend” informasiya agentliklərinin jurnalistlərindən ibarət 5 nəfərlik heyət mayın 29-da Fars körfəzindəki Kiş adasına daxil olublar.
Bu barədə Modern.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.
Media nümayəndələrinin səfərinin məqsədi Azərbaycan xalqının İran İslam Respublikası ilə daha yaxından tanış olması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, heyrətamiz turizm məkanlarının və Kiş adasının iqtisadiyyatının geniş potensialınıntanıdılmasıdır.
Kiş adası İran İslam Respublikasının birinci azad ticarət və sənaye zonasıdır. Adanın özünəməxsus təbiəti, mənzərəsi və gözəlliyi olduğu üçün ada İranın ən mühüm turizm zonalarından biri hesab olunur. İlboyu dünyanın müxtəlif yerlərindən dəniz və təbiət sevər insanları özünə cəlb edir.
Adanın digər üstünlüklərindən biri də biznes fəaliyyəti, maliyyə əməliyyatları və təkrar ixracatın həyata keçirilməsi və sahibkarlıq lisenziyasının alınması üçün adada güzəştli və sadələşdirilmiş qaydalrın olmasıdır.
Modern.az