Modern.az

Milli Məclisdə yanğında ölənlərin xatirəsi anıldı

Milli Məclisdə yanğında ölənlərin xatirəsi anıldı

Təhsil

29 May 2015, 12:18

Milli Məclisin bugünkü iclasında Binəqədi rayonu ərazisində hündürmərtəbəli binanın yanmasından söz açılıb. Modern.az saytının məlumatına görə, Milli Məclis sədri Oqtay Əsədov  bu barədə danışıb. O, xatırladıb ki, 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı Dövlət Komissiyası yaradılıb: “Prezident də hadisəni nəzarətə götürdü. Dövlət Komissiyası isə yüksək səviyyədə çalışır ki, problemlər aradan qaldırılsın. Cənab prezident bir də belə hadisələrin olmaması üçün lazımi tapşırıqlarını verib”.

Sonra yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular