Modern.az

Prezident və xanımı “Bakı 2015”-in baş ofisində olub

Prezident və xanımı “Bakı 2015”-in baş ofisində olub

Təhsil

29 May 2015, 12:50


Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat veriblər. Prezident İlham Əliyev və Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə çalışanlar üçün yaradılan şəraitlə maraqlanıblar.

Sonda xatirə şəkilləri çəkdirilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular