Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya şöbəsindən Modern.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.
Mayın 31-də gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda rütubətliliyin bir qədər artması bəzi meteohəsas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında mayın 30-da hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
Modern.az