İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şura üzvlüyünə namizəd irəli sürmüşdü.
Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Və məsələ səsverməyə çıxarılıb. Gənclər təşkilatları tərəfindən irəli sürülən səsverməyə əsasən, İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidovun İctimai Televiziya və Radio Yayımları Şirkətinə namizədliyi rəsmən təsdiqlənib.Qeyd edək ki, qərar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasında gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilmişdi.
Xatırladaq ki, seçilən namizəd İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında gəncləri təmsil edəcək, eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə məşğul olacaqdır.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ümumilikdə 9 üzvü var. Seçiləcək üzv 6 illik müddətinə seçirilir.
MirHəsən Seyidov ictimai fəaliyyətinə 2005-ci il başlayıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.
Modern.az