Modern.az

“Avropa Parlamentinin prezidenti maskasını cırdı”

“Avropa Parlamentinin prezidenti maskasını cırdı”

Təhsil

29 May 2015, 13:56



“Bəzi daxili qüvvələr və onların xarici havadarları Azərbaycanın tərəqqisini həzm edə bilmirlər”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, Avropa Parlamentinin prezidenti Martin Şultsun Ermənistanı dəstəkləyən bəyanatlarını tənqid edib: “Martin Şults öz maskasını cırdı. O, Riqa sammitində Şimali Koreya ilə eyni səviyyədə olan Ermənistanda demokratiyanın olduğunu bəyan etdi. Maryin Şults Ermənistandan da demokratiyanın çiçək açmasından dəm vurur. Halbuki, Ermənistan parlamentində güllələnmə hadisəsi baş vermişdi. Bundan başqa, 2013-cü il prezident seçkisində namizədlərdən biri güllələndi”.

YAP funksioneri qeyd edib ki, Milli Şura Martin Şultz kimilərinin istəyi ilə Azərbaycanda böyük tədbir ərəfəsində aksiya keçirir: “Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan bu idman tədbirini keçirəcək. Onlar da görəcəklər ki, demokratiya olduğunu dediyi ölkələrlə müqayisədə Azərbaycanda nə qədər inkişaf  var”.

Spiker Oqtay Əsədov isə deyib ki, deputat Novruzovun çıxışı zamanı Şults sözünün işlətməsi ona “Uzaq Sahillərdə” filmindəki Şultsu xatırladıb: “Mən dərinə getmək istəmirəm, amma belə şeylər var, bu həqiqətdir”.

 Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular