“Bizim müdafiə gücümüz də nəzərə alınmalıdır. Elə olmalıdır ki, bir məsələ digərinə problem yaratmasın”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərkən deputat Azay Quliyev deyib. O bildirib ki, “Elm haqqında” qanun layihəsinin 7.9 maddəsində bütövlükdə təhsilin davamlılığını təmin etmək üçün magistraturada oxuyanlara hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə tutulur.
“Gələcəkdə də bu məsələyə diqqət ayırmaq lazımdır. Çünki burada təsnifatlaşma getməyib. Belə olan təqdirdə, hər kəs təhsilini davam etdirmək üçün möhlət hüququ əldə edə bilər”.
Qeyd edək ki, qanun layihəsi bu gün qəbul edilib.
Modern.az