Modern.az

Bakı Dövlət Universitetində “Məzun günü” iyunun 30-da keçiriləcək

Bakı Dövlət Universitetində “Məzun günü” iyunun 30-da keçiriləcək

Təhsil

29 May 2015, 15:40


Bakı Dövlət Universitetində iyunun 30-da “Məzun günü” keçiriləcək.  Universitetin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu qərar rektorluğun iştirakı keçirilən iclasda qəbul olunub.

İclasda qeyd edilib ki, “Bakı-2015” I Avropa Oyunlarına könüllü qoşulan tələbələr arasında bu il məzun adını qazanacaq tələbələr də var. Həmin tələbələrin Birinci Avropa Oyunları ərəfəsində aktiv iştirakları nəzərə alınaraq, həyatlarının önəmli hadisəsi olan “Məzun günü”nün I Avropa Oyunlarından sonrakı tarixlərdə qeyd edilməsi xahiş edilib.

Rektorluq bu əlamətdar tarixin məzunlar üçün önəmi, 3600-dən artıq məzunun olması, könüllülərin və digər məzunların çoxsaylı xahişləri nəzərə alınaraq, “Məzun günü”nün ənənəyə uyğun olaraq iyunun 30-da keçirilməsi haqqında qərar qəbul edib.

“Məzun günü” iyunun 30-da əsas tədris binasının qarşısında, tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə qeyd ediləcək. Tədbir canlı yayımlanacaq.

Sevinc Yasinqızı  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular