Modern.az

Cəmil Həsənli Qüdrət Həsənquliyevə: “Ona cavab verməyi özümə sığışdırmıram”

Cəmil Həsənli Qüdrət Həsənquliyevə: “Ona cavab verməyi özümə sığışdırmıram”

Təhsil

29 May 2015, 16:37

 

Milli Məclisin bu gunkü iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Şuranı və onun sədri Cəmil Həsənlini ittiham edib. O, bildirib ki, Cəmil Həsənli deputat olan vaxtlarda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib, onun haqqında xoş fikirlər söyləsə də, hazırda qatı müxalifət mövqeyində dayanır.  

“O, dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla da tanışıq. Ona görə də deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa”.  

Milli Şura sədri Cəmil Həsənlinin isə Qüdrət Həsənquliyevin dediklərinə reaksiyası gecikməyib.

Cəmil Həsənli Modern.az saytına açıqlamasında deyib ki, Qüdrət Həsənquliyevin fikirləri boş-boş danışmaqdan başqa bir şey deyil.  

“Qüdrət Həsənquliyevə cavab verməyi özümə sığışdırmıram. Onun nə danışmağının mənim üçün əhəmiyyəti yoxdur”,-deyə Cəmil Həsənli bildirib.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular