Modern.az

Araz çayında 2 nəfər batıb, Xəzər dənizindən 1 nəfərin cəsədi çıxarılıb

Araz çayında 2 nəfər batıb, Xəzər dənizindən 1 nəfərin cəsədi çıxarılıb

1 İyun 2015, 10:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Araz çayının İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində iki nəfərin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 01.06.2015-ci il tarixində, Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlunun axtarışları başa çatıb. V.Ağamalıyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:35-də başa çatıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular